Azərbaycanda daşqın təhlükəsi varmı?

Azərbaycanda daşqın təhlükəsi varmı?
13:43 11 Aprel 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Hazırda respublika çaylarında gursululuq dövrü başlayıb. Böyük və Kiçik Qafqazın çaylarında normadan yüksək sululuq müşahidə edilir.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib.

Onun sözlərinə görə, artım əsasən, iri transit çaylarda müşahidə edilib: “Kür çayının Gürcüstandan gələn hissəsində 5 sm artım müşahidə edilib. Birbaşa Mingəçevir su anbarına tökülən Xanıq çayında suyun səviyyəsində 3 sm, Araz çayının Türkiyədən gələn hissəsində Naxçıvan Muxtar Respublikası ərazisində 5 sm artım qeydə alınıb. Tranzit çaylarda suyun səviyyəsinin artması qonşu ölkələrdə gursululuq dövrünün müşahidə edilməsi ilə bağlıdır”.

Çaylarda gursululuğun müşahidə edilməsinin daşqın təhlükəsi yaratmasına gəldikdə A.Verdiyev bildirib ki, hazırda çaylarda müşahidə edilən sululğun ötən illərlə müqayisədə çox aşağıdır: “Lənkəran-Astara, Naxçıvan Muxtar Respublikası ərazilərindəki çaylarda sululuq normadan aşağıdır. Lənkərançay, Viləşçayda 1-3 sm azalma müşahidə edilib. Quba-Xaçmaz ərazisindən axan Qudyalçay, Vəlvələçayda 2-9 sm suyun səviyyəsi azalıb. Kiçik Qafqazın çaylarından Gəncəçay, Zəyəmçay, Kürəkçayda suyun səviyyəsin 2-3 sm azalma müşahidə edilib”.

Onun sözlərinə görə, hazırda Kür çayının aşağı hissəsində də suyun səviyyəsi ötən illə müqayisədə aşağıdır: “Kür çayının Sabirabad rayonundakı hissəsində suyun səviyyəsi ötən ildən 13 sm, Neftçala rayonu ərazisində Bankə məntəqəsində 11 sm, Araz çayının Kürə qovuşduğu hissədə suyun səviyyəsi ötən illə müqayisədə 34 sm aşağıdır. Yüksək dağlıq ərazilərdə qar olsa da, yağıntının az düşməsi çaylarda suyun səviyyəsinin azalmasına səbəb olub. 2014-2015-ci illərdə qar ehtiyatı az olduğundan, yağıntı az düşdüyündən azsululuq müşahidə edildi. Hələ ki, bu il gursululuq dövrü yeni başlayıb, ən çox yağıntını may ayında gözləyirik. Yüksək dağlıq ərazilərdə qarın əriməsi temperaturdan asılıdır. Çaylarda ən aşağı sululuq avqust sentyabr aylarında müşahidə edilir. Bu da hava şəraiti ilə bağlıdır”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/194615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR