1200 nəfərlik stadiona 2000 min nəfər necə yerləşir? - Açıqama

1200 nəfərlik stadiona 2000 min nəfər necə yerləşir? -   Açıqama
13:47 11 Aprel 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

Dünən Premyer Liqanın XXV turu çərçivəsində baş tutan "Zirə" - "İnter" oyununun (1:1) protokolunda tamaşaçı sayı 2000 nəfər göstərilib. Dünəndən sosial şəbəkədə ən çox müzakirə olunan mövzulardan biri budu.


Zirə Olimpiya Kompleksinin stadionu bu qədər tamaşaçı tutmur. Stadionun "Wikipedia" səhifəsində bu say 1200 nəfər göstərilib. Bəs 1200 nəfərlik stadiona 2000 nəfər necə yerləşib? "Zirə" - "İnter" qarşılaşması o qədər böyük marağa səbəb olub ki, azarkeşlər ayaq üstə matçı izləmək zəhmətinə qatlaşıb? 


Fakt budur ki, həmin oyunda 2000 nəfər tamaşaçı olmayıb. Qarşılaşmanı canlı izləyən hər kəs təsdiq edə bilər ki, tribunaların yarısı boş olub. Bəs 2000 nəfər hardan çıxdı?



Yalnışlığın hardan qaynaqlandığını öyrənmək üçün oyunun AFFA nümayəndəsi Ramiz Abdullayevə müraciət etdik. Ramiz bəy Fanat.Az-a açıqlamasında matçın baş hakimini və stadionun direktorunu işarə verdi: "Onunla mən maraqlanmıram. Hakim yazıb, mən də onun protokolundan götürmüşəm. Hakim stadionun direktorundan soruşub, o da deyib 2000 nəfər. Bilet də satılmayıb. Onlardan götürüb öz protokoluma yazmışam. Mən heç nə bilmirəm. Onu direktor bilər, yazan hakim bilər".



AFFA nümayəndəsi sayı protokoldan götürdüyünü dediyindən qarşılaşmanın baş hakimi Ramil Diniyevə müraciət etdik. Referini cavabı belə oldu: "Protokolu 4-cü hakim doldurdu. O da stadionun direktorundan soruşur. Oyun gedə-gedə azarkeşləri bir-bir saya bilmərik axı. Mən stadionların hamısının sayını bilmirəm axı. Bilet satılmır ki, dəqiq sayını bilək. Bu səbəbdən stadionun nümayəndəsinin raportuna əsasən say yazırıq. Dünənki oyunda da 4-cü hakim yazmışdı, sözün düzü mən baxmadım". 



Baş hakim protokolu 4-cü hakim Rəhim Həsənovun doldurduğunu bildirir. Bu səbəbdən onun da əlaqə saxlamağı lazım bildik. FIFA referisi Fanat.Az-a açıqlamasında səhvi etiraf etdi: "1200 yazılmalı idi. Ola bilsin səhv gedib. Təxmini baxırıq ki, nə qədər azarkeş ola bilər. Sayı buna uyğun yazırıq. Yəqin diqqətdən yayınıb".


"Siz stadiona gedəndə azarkeş tutumu ilə maraqlanırsız" sualına Ramih bəy "Əlbətdə" cavabını verdi.


"Dünənki oyunda stadionun yarısı boş olub. Belə olan halda 1200 nəfəri necə yazmaq olar" sualımıza cavabında isə referi bildirdi ki, tamaşaçıları özü sayıb və 1130 nəfər olduğunu müəyyənləşdirib: "Özüm 1130 nəfər saymışdım. artmışdı. Buna görə 1200 yazmaq qərarına gəldim. Amma dediyim kimi səhvən 2000 nəfər yazmışam".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-1200-nfrlik-stadiona-2000-min-nfr-nec-yerlir-t57506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR