2 yolda hərəkət qismən məhdudlaşdırılır - Sürücülərin nəzərinə!

2 yolda hərəkət qismən məhdudlaşdırılır - Sürücülərin nəzərinə!
13:49 11 Aprel 2017
72 Digər
Ölkə mətbuatı
A- A+

 

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
 
 
 
Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, anoloji işlər bu gün axşam 22:00-dan Heydər Əliyev prospektinin "Böyük Şor" yol qovşağından şəhər mərkəzinə doğru olan istiqamət üzrə köməkçi yolda aparılacaq. Rəngləmə işləri səhər saatlarınadək başa çatdırılacaq.
 
 
 
Bu müddət ərzində prospektin köməkçi yolu ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılaraq əsas yola yönəldiləcək.
 
 
 
Bundan başqa sabah səhər saatlarından etibarən Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində isə təmir işləri ilə əlaqədar olaraq 2 gün ərzində hərəkət qismən məhdudlaşdırılacaq.
 
 
 
Bildirilir ki, məhdudlaşdırma küçədə təmir işlərin aparıldığı hissələr üzrə tətbiq ediləcək.    "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271895

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR