Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycana gəlib

Türkiyə Hərbi Dəniz Qüvvələrinin komandanı Azərbaycana gəlib
13:52 11 Aprel 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Bülent Bostanoğlu aprelin 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, səfər çərçivəsində admiralın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.
 
B.Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri Komandanlığı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı da nəzərdə tutulub.
 
Səfər aprelin 14-dək davam edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/534039.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR