Miqrant düşərgəsində dava yanğına döndü - FOTO

Miqrant düşərgəsində dava yanğına döndü - FOTO
13:52 11 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Fransanın şimalındakı Dünkerk həhərində miqrantların Qrand-Sinti (Grande-Synthe) düşərgəsində güclü yanğın olub.

Yanğın praktiki olaraq düşərgəni məhv edib.

Yanğından əvvəlsə düşərgədə miqrantlar arasında dava düşüb, kütləvi iğtişaşlar yaşanıb.

Milli.Az European-a istinadən bildirir ki, La-Manş boğazını keçərək Britaniyaya yollanmaq istəyən miqrantlar bu düşərgəyə toplaşıblar.

Hər şey əfqan və kürd miqrantlar arasında davadan başlayıb. Polis toqquşmaları dayandırmaq üçün gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qalıb.

Daha sonra isə çadırlardan və faner daxmalardan ibarət düşərgədə yanğın tüğyan edib.

Toqquşmalarda və yanğında 10 nəfər yaralanıb.

Qran-Sinti düşərgəsində 1500 miqrant vardı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/533931.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR