12 yaşlı Mustafa zəhərli qazdan möcüzəvi şəkildə xilas oldu - FOTO

12 yaşlı Mustafa zəhərli qazdan möcüzəvi şəkildə xilas oldu - FOTO
13:52 11 Aprel 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın İdlib vilayətindəki Xan Şeyhun şəhərinə edilən kimyəvi silahla hücum zamanı 12 yaşlı Mustafa Xalid adlı uşaq sağ qalıb.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, o, oyuncaq ayı vasitəsi ilə sağ qalıb.

Möcüzə nəticəsində xilas olan Mustafa həmin hücum nəticəsində valideynlərini və 3 qardaşını itirib.

Bütün ailə üzvlərini itirən Mustafa indi əmisinin yanında yaşayır. O, həmin gün başına gələnləri danışıb. Mustafa bildirib ki, o qədər partlayış səsləri gəlirdi ki, artıq buna öyrəşmişdilər. 

"Səhər partlayışın səsinə oyandıq. Atam yaralılara yardım etmək üçün evdən çıxdı. Anam mən və qardaşlarım evdə qaldıq. Bu vaxt mən hamamdaydım. Atam huşsuz halda evə gəldi və yerə yıxıldı. Qardaşlarım nəfəs ala bilmirdilər. Anam hərəkət etmirdi. Mən də öskürməyə başladım.

Bu zaman gözüm qardaşımın oyuncaq ayısına sataşdı. Ayını isladıb, dişlərimin arasında sıxdım. 

Ailəmi oyandırmağa çalışdım, başlarından su tökdüm, lakin alınmadı. Sonra əmim gəldi. Onun da halı pis idi, evə girən kimi yerə yıxıldı. Sonra xilaskarlar gəldi. Məni qucaqlarına alıb apardılar"

Bəxtiyar Umarlı
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534031.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR