Növbəti güzəştli mənzillər harada tikiləcək? - Rəsmi AÇIQLAMA

Növbəti güzəştli mənzillər harada tikiləcək? - Rəsmi AÇIQLAMA
13:57 11 Aprel 2017
399 Ölkə
Ölkə mətbuatı
A- A+

Yaxın zamanlarda Hövsan qəsəbəsində sosial mənzil layihəsi üzrə baş planın hazırlanması başa çatacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev deyib.

Onun sözlərinə görə, baş planın təsdiq olunmasından sonra layihə-smeta sənədləşməsinə hazırlıq başlayacaq.

Hövsan qəsəbəsində sosial mənzillərin tikintisi üçün 20 hektar ərazi ayrılıb. Ümumilikdə, 3 min mənzilin tikilməsi planlaşdırılır: "Biz, həmçinin məktəblər və uşaq bağçalarının layihələşdirilməsinə başlamağı planlaşdırırıq".

S.Nuriyev qeyd edib ki, bundan başqa, sosial mənzil əldə etmək istəyən şəxslərin qeydiyyat sisteminin yaradılması üçün iş aparılır. Qeydiyyat prosesi bu il mayın 1-dən başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR