Qardaşları boğazına bıçaq dirədi, anası cadu etdi - FOTO

Qardaşları boğazına bıçaq dirədi, anası cadu etdi  - FOTO
13:57 11 Aprel 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

Superliqanın XXVII turunda "Qalatasaray"a 3 qol vuran "Başakşəhər"in toqolu hücumçusu Emmanuel Adebayor diqqət mərkəzinə düşüb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Türkiyə mətbuatı "cim-bom"u "yıxan" futbolçu barədə yazı hazırlayıb.

Yazıda Adebayorun həyatı və karyerası ilə bağlı maraqlı məqamlara yer verilib.
 
- 22 yaşında "Arsenal"a transfer olunanda Nvankvo Kanu və Didye Droqba kimi futbolçulara bənzədilməsi haqda danışıb: "Bir az Droqbadan, bir az da Kanudan "götürdüm". Droqba hər an qol vura biləcək, çox güclü oyunçudu. Kanu da çox texnikalı olmaqla yanaşı, əla bitiricidi. İnsanların məni yarı Droqba, yarı Kanu adlandırması çox gözəldi".
 
- "Monako"da çıxış etdiyi son vaxtlarda ehtiyatda qalması ilə bağlı verilən sualı belə cavablandırıb: "Bu gün komandanın "11-liy"ində yer almaq üçün italyan olmalıydım".  

- Anası ilə münasibətinin pisləşməsinə aydınlıq gətirən Adebayor ona cadu edildiyini bildirib: "Əlbəttə, mən rahib deyiləm, futbolçuyam. Bu səbəbdən kimin cadugər olduğunu demək mənə düşməz. Anamı evdən qovduğumu iddia edirlər. Amma o, özü evi tərk etdi. Anamla danışmıram, çünki hər kəsə işlərimin yaxşı getməyəcəyini söyləyir. Anam mənə cadu etdi".
 
- Bu mövzu ilə bağlı növbəti açıqlamasında özünün yaxşı övlad olduğunu qeyd edib: "Futboldan qazandığım ilk pulla ailəmə ev aldım. Titullar əldə edəndə hər dəfə anama zəng edib, təşəkkürümü bildirdim. İş qurması üçün ona külli miqdarda pul göndərdim və reklam üçün adımdan istifadə etməsinə icazə verdim. Qızım dünyaya gələndə anama zəng etsəm də, o, telefonu üzümə söndürdü. Bir uşaq anası üçün bundan artıq nə edə bilər ki?"

- Adebayor bacısı ilə bağlı da maraqlı hadisə yaşayıb: "Qanada bacıma 1 milyon 200 min dollar dəyərində ev aldım və onu ora yerləşdirdim. Bir neçə ay sonra yanına baş çəkməyə gedəndə evi başqalarına kirayə verdiyini gördüm".
 
- Kiçik qardaşını məktəbə yazdırması üçün anasına pul verib. Ancaq nə qardaşı məktəbə yazılıb, nə də pul geri qayıdıb. Anası bütün pulu xərcləyib.
 
- "Monako"da oynadığı vaxtda Rotimi adlı qardaşını futbol akademiyasına yazdırıb. Ancaq Rotimi futbol oynamaq əvəzinə, 21 komanda yoldaşının telefonunu oğurlayıb. Qardaşı, həmçinin Adebayorun Zidan və Foe kimi futbolçulardan aldığı formaları da oğurlayaraq, satıb.

- Qardaşları Peter və Kola onun boğazına bıçaq dirəyib. Psixoloji problemlər ucbatından Adebayor bir neçə dəfə intihara cəhd edib.
 
- "Monako"dan "Arsenal"a böyük ümidlərlə transfer edilmiş Adebayora İngiltərəyə ilk gəldiyi vaxtlarda "Körpə Kanu" ləqəbi verilib. 
 
- "Monako"nun heyətində 2003/04 mövsümündə Çempionlar Liqasının finalına yüksələn Adebayor 2008-ci ildə Afrikada ilin futbolçusu seçilib.
 
- 2010-cu ildə Adebayorun da yer aldığı Toqo yığması Afrika Millətlər Kuboku çərçivəsində Anqolaya gedəndə yolda silahlı hücuma məruz qalıb. Adebayorun yaralanmadan xilas olduğu hadisədən sonra Toqo millisi həmin yarışda iştirakdan imtina edib.

- "Başakşəhər"ə havayı keçən Adebayora görə bu günə qədər başqa klublar 55 milyon avro transfer haqqı ödəyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534027.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR