Gənclərin xaricdə təhsili üzrə yeni Dövlət Proqramı ilə bağlı XƏBƏR

Gənclərin xaricdə təhsili üzrə yeni Dövlət Proqramı ilə bağlı XƏBƏR
14:05 11 Aprel 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə yeni Dövlət Proqramının layihəsi bir sıra müvafiq dövlət orqanları ilə razılaşdırma mərhələsindədir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" ərzində 3500-dən artıq tələbə dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar:

"Onlardan 1589 nəfəri təhsillərini başa vuraraq Azərbaycana qayıdıb. Onların bir çoxu dövlət müəssisələrində, daha böyük hissəsi isə özəl sektorda çalışırlar. Sevindirici hal odur ki, xaricdə magistratura təhsili alan gənclər Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyətə cəlb olunub. Dövlət proqramı çərçivəsində təhsil alanların bir hissəsi isə hələ təhsillərini davam etdirirlər. Qarşıdakı 2 il ərzində əvvəlki dövlət proqramı məzunları təhsillərini başa çatdıracaqlar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534049.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR