"Abituriyentlərin imtahanda 2 dəfə iştirak etmək hüququ var"

"Abituriyentlərin imtahanda 2 dəfə iştirak etmək hüququ var"
14:05 11 Aprel 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər barədə açıqlama verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təhsil nazirinin müavini C.Bayramov jurnalistlərə bildirib ki, Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması ilə bağlı olaraq bir sıra normativ sənədlərdə dəyişikliklər edildi:

"İmtahanların ödənişli olması da bu məqamdan irəli gələn məsələdir. Ancaq həmin qərar qəbul edilmədən öncə ölkə başçısının sərəncamına əsasən, ilk dəfə imtahana müraciət edən şəxslərin imtahanlarda iştirakı dövlət vəsaiti hesabına ödənilir. Yəni, bu ilin məzunları üçün ali məktəblərə qəbul imtahanında iştirak etmək ödənişsiz və pulsuzdur".

C.Bayramovun sözlərinə görə, ötən illərdən fərqli olaraq, tətbiq olunan yeniliklərdən biri də ondan ibarətdir ki, artıq bakalavriatura səviyyəsinə qəbul imtahanında abituriyentlər ildə 1 dəfə deyil, 2 dəfə iştirak etmək hüququ əldə edirlər: "Bu, bir sıra məqamlarda uzun illər mütəxəssislər arasında müzakirə predmeti idi. Bizə bir çox hallarda valideynlər, müəllim kollektivləri tərəfindən müraciətlər olurdu ki, abituriyentlərə şans bir neçə dəfə verilsin. Çünki burada psixoloji sıxıntı məqamları ola bilərdi. İnsan biləndə ki, onun yalnız bir dəfə imtahanda iştirak etmək imkanı var, onun üçün bu müsbət nəticə əldə etmək daha çətin olur. Bu prizmadan imtahanda bir dəfədən artıq, 2 dəfə iştirak etmək hüquqları var. Onlar bundan istifadə edə də bilərlər, istifadə etməyə də bilərlər. Birinci dəfə bu imtahanlar ödənişsizdir, yalnız 2-ci dəfə imtahanlarda iştirak etdikdə mütləq ödəniş olmalıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534048.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR