Sputnik.Rəy sorğusu: Tramp prezident seçildikdən sonra dünya daha təhlükəsiz olmayacaq

Sputnik.Rəy sorğusu: Tramp prezident seçildikdən sonra dünya daha təhlükəsiz olmayacaq
14:05 11 Aprel 2017
91 Dünya
Ölkə mətbuatı
A- A+

Fransızların (64%) və almanların (72%) əksəriyyəti Donald Trampın prezidentliyi dövründə dünyanın daha da təhlükəli olacağı fikrindədir. Spuntik.Rəy sorğusunun nəticələri bunu göstərir.

Rəyi soruşulan braziliyalıların 60%-i, türklərin 52%-vi və ingilislərin 55%-i də bu fikirdədir. Milli.Az bildirir ki, sorğu Sputnik İnformasiya Agentliyi və Radiosu üçün TNS Global şirkəti tərəfindən keçirilib.

2017-ci il 16-22 fevral tarixlərində keçirilən sorğuda Türkiyə (16-54 yaşında 1006 nəfər), Fransa (16-64 yaşında 1004 nəfər), Almaniya (16-64 yaşında 1014 nəfər), İtaliya (16-54 yaşında 1050 nəfər), Böyük Britaniya (16-64 yaşında 1037 nəfər), Braziliya (16-54 yaşında 1010 nəfər) və ABŞ-da (18-64 yaşında 1027 nəfər) 7148 respondent iştirak edib.

Ölkələrin əhalisi coğrafiya, cins və yaşa görə təmsil olunub. Ölkə üzrə maksimal səhv +/- 3,1% təşkil edir.

Sputnik.Rəy layihəsi haqqında

İctimai rəyin öyrənilməsi üzrə bu beynəlxalq layihə 2015-ci ilin yanvarından start götürüb. Layihənin tərəfdaşları kimi məşhur tədqiqat şirkətləri "Populus", "Forsa" və ictimai soğu keçirən qocaman şirkətlərdən biri IFOP çıxış edir. Layihə çərçivəsində ən aktual məsələlər üzrə mütəmadi olaraq Avropa və ABŞ-da soğular aparılır.  

Sputnik Azərbaycan 2015-ci ilin may ayından fəaliyyət göstərir. Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimediya mərkəzi daxildir.

Sputnik Azərbaycan onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR