"Neftçi"nin ilk transferi kim olacaq?

"Neftçi"nin ilk transferi kim olacaq?
14:07 11 Aprel 2017
74 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi" transfer çalışmalarını sürətləndirib. Cari mövsümdə heyət və baş məşqçi dəyişikliklərinə baxmayaraq uğursuzluq zolağından çıxa bilməyən, kubokun yarımfinalında uduzan, Premyer Liqanın 7-ci pilləsində qərarlaşan "ağ-qaralar" növbəti mövsümün planlarını cızmağa başlayıb. 

 

Klub rəhbərliyi bəzi yerli futbolçuları heyətə qatmaq istəyir. Artıq onlardan birinin kimliyi bəllidi. Aut.az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, Nizami Hacıyev növbəti mövsümdə "Neftçi"nin formasını geyinəcək. Bununla bağlı tərəflər arasında razılıq əldə olunub və mövsüm bitən kimi rəsmi müqavilə imzalanacaq. 

 

Qeyd edək ki, Nizami Hacıyev 2014-cü ildən "İnter"də çıxış edir. 29 yaşlı yarımmüdafiəçi əvvəllər "Olimpik" (indiki AZAL), "Xəzər Lənkəran", MOİK və "Qəbələ"nin formasını geyinib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquotnin-ilk-transferi-kim-olacaq-t57508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR