"Space"in yeni aparıcısı: "Məni aktrisa kimi təqdim etməyin"

"Space"in yeni aparıcısı: "Məni aktrisa kimi təqdim etməyin"
14:29 11 Aprel 2017
150 Digər
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, “Space” telekanalında yayımlanan “Təəccüb çevrəsi” verilişinə bundan sonra Mələk Heydərova aparıcılıq edəcək.

Lent.az-ın məlumatına görə, bir vaxtlar aktrisa kimi tanınan Mələk artıq o səhədən uzaqlaşdığını deyib:

“Məni aktrisa kimi təqdim etmələri heç xoşuma gəlmir. Aktrisa deyiləm, aparıcıyam. Karyerama aktrisa kimi başlasam da, özümü aparıcı kimi tanıtdım. Son zamanlar nə filmlərə, nə də reklamlara çəkilirəm. Özümü aparıcı kimi görürəm və xoşbəxt hiss edirəm. Sevdiyim rejissor və ssenari olsa, onda qəbul edərəm”.

M.Heydərovanın aparıcılıq edəcəyi “Təəccüb çevrəsi”nin yeni tanıtım çarxı yayımlanıb. Proqram həftənin çərşənbə günü saat 22:45-də efirə gedəcək. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271903

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR