AZAL-dan son 3 ildə 2-ci antirekord

AZAL-dan son 3 ildə 2-ci antirekord
14:32 11 Aprel 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının XXV turunda "Sumqayıt"la qarşılaşan AZAL mövsümdə 17-ci məğlubiyyətini alıb.

1:2 hesabı ilə uduzan paytaxt təmsilçisi bununla da tarixinin antirekordunu təkrarlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 2005/06 mövsümündən güclülər dəstəsində çıxış edən AZAL bir turnirdə ən pis halda 17 dəfə uduzub. Həmin antirekord 2013/14 mövsümündə qeydə alınıb.

Lakin 3 il öncə bakılılar daha çox - 36 matçda 17 məğlubiyyətə üzülüb. 2016/17 mövsümündə özünün antirekordunu təkrarlayan AZAL artıq 25 qarşılaşmada 17 dəfə xalsız qalıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR