Ruslar DiKaprioya MÖHTAC QALDI

Ruslar DiKaprioya MÖHTAC QALDI
14:48 11 Aprel 2017
99 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyanın Krasnoyarsk diyarının sakinləri Hollivud ulduzu Leonardo DiKaprionu köməyə çağırıblar.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, aktivistlər piyadalar üçün keçid və körpülərdə “DiKaprio bizi kömürdən xilas elə” yazılı plakatlar asıblar. Sakinlər bununla həm də hökumətə eyham vururlar. Çünki illərdir ölkənin ən çox kömür çıxarılan bu ərazisində ekologiya bərbad vəziyyətdədir. Lakin dəfələrlə müraciət olunmasına baxmayaraq, vəziyyət acınacaqlı olaraq qalır.

Qeyd edək ki, Hollivud ulduzu hələ 1998-ci ildə Qlobal istiləşmə və ətraf mühitin çirklənməsi ilə mübarizə məqsədilə fond yaratmışdı. 2014-cü ildə isə BMT-nin İqlim dəyişikliyi üzrə xoşməramlı səfiri təyin edilib.

Aktyorun rusların çağırışına reaksiyası hələlik məlum deyil.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/194621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR