Deputat: "Ermənistan cinayət törədib cəzasız qalmış işğalçı dövlətdir"

Deputat: "Ermənistan cinayət törədib cəzasız qalmış işğalçı dövlətdir"
14:57 11 Aprel 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan cinayət törədib cəzasız qalmış işğalçı bir dövlətdir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın bir nömrəli problemidir: "Azərbaycan prezidenti İlham Əliyev həmişə bu məsələni gündəlikdə saxlayır. Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da cənab Prezident Dağlıq Qarabağ məsələsinə toxundu və həm Ermənistana, həm də onun havadarlarına lazımi mesajları verdi".

Deputat vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktiv mövqe tutmaqla pozuçuluq, təxribatçılıq fəaliyyətini davam etdirir, danışıqlardan qaçır, danışıqlar prosesində qoyulmuş şərtlərə əməl etmir, beynəlxalq təşkilatların, o cümlədən BMT-nin münaqişənin həlli ilə bağlı məlum qətnamələrinin icrasından birmənalı olaraq imtina edir:

"Bu onu göstərir ki, Ermənistan cinayət törədib cəzasız qalmış işğalçı bir dövlətdir. Ermənistan törətdiyi cinayətə, apardığı işğalçılıq siyasətinə görə, heç bir dövlət və beynəlxalq qurum tərəfindən, o cümlədən ATƏT-in Minsk qrupu tərəfindən nə sanksiya, nə də digər cəza tədbirinə məruz qalıb. Beynəlxalq qurumlar və dünyanın aparıcı dövlətləri görüntü yaratrmağa çalışırlar ki, guya Ermənistanın öhdəsindən gələ bilmirlər və yaxud işğalçı dövlət onları eşitmir. Bu, tamamilə yalandır, qeyri-səmimilikdir və riyakarlıqdır. Ermənistan gücsüz, terrorçu bir dövlətdir və ölkənin bütün maliyyə dəstəyi, yaşayışı bu mövqedən çıxış edən təşkilatlar və dövlətlər tərəfindən təmin olunur. Ona görə də Ermənistan özünü cəzasız hesab edir. Ermənistanı hüquqi müstəviyə dəvət etmək, danışıqlar masasına oturtmaq üçün işğalçı ölkəyə təzyiqlər göstərilməli, sanksiyalar tətbiq edilməlidir".

Deputat vurğulayıb ki, Azərbaycanın güclü ordusu var və lazım gəldiyi halda iğal altında olan torpaqlarını güc yolu ilə geri qaytarmağa hazırdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534071.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR