ABŞ Rusiyanı seçim qarşısında qoydu: "Ya biz, ya Əsəd"!

ABŞ Rusiyanı seçim qarşısında qoydu: "Ya biz, ya Əsəd"!
15:34 11 Aprel 2017
103 Digər
Ölkə mətbuatı
A- A+

 

““G-7” ölkələri Bəşər Əsədi Suriyanın gələcəyində görmür”. Lent.az xəbər verir ki, bu bəyanatla Fransanın xarici işlər naziri Jan Mark Ayrault çıxış edib. Böyük yeddilik ölkələrinin Bəşər Əsədlə bağlı həmfikir olduğunu və ona Suriyanın gələcəyində yer olmadığını deyən nazir Rusiyaya da çağırış edib: “Yeddilik ölkələri Rusiyaya Suriya siyasəti ilə bağlı ikiüzlülüyə son qoymasını bildirəcək. Bu vəziyyətdən çıxmaq üçün dəqiq və səmimi siyasi mübarizəyə ehtiyac var”.

 

Fransız həmkarı ilə görüşən ABŞ-ın dövlət katibi Reks Tillerson da onunla həmfikir olduğunu deyib: “Biz Əsəd rejiminin sonunun yaxınlaşması ilə bağlı həmfikirik. Rəsmi Moskvanın İran və Hizbullahla birgə həyata keçirdiyi Suriya siyasəti heç də Rusiyanın mənafeyinə cavab vermir. Rusiya Bəşər Əsədlə ABŞ arasında seçim etməlidir”.

 

Qeyd edək ki, İtaliyanın xarici işlər naziri Ancelino Alfanonun təşəbbüsü ilə “G-7” ölkələrinin xarici işlər nazirlərinin Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya və Qatarlı həmkarları ilə Suriya məsələsi ilə bağlı ümumi görüşü keçirilib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271911

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR