Xəzərdə tapılan meyit neftçi Cavid Bəhramovundur - Qərargah

Xəzərdə tapılan meyit neftçi Cavid Bəhramovundur - Qərargah
15:49 11 Aprel 2017
104 Digər
Ölkə mətbuatı
A- A+

Həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində aprelin 9-u Xəzərdə aşkar edilən kişi meyitinin kimliyi açıqlanıb. 

 

Axtarış – Xilasetmə Qərargahından Lent.az-a verilən məlumata görə, meyitin «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 1967 – ci il təvəllüdlü Bəhramov Cavid Həyatxan oğluna məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

 

Qeyd edək ki, Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271910

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR