14 və 19 yaşlı qardaşlar fahişəlik edən gəlinlərini öldürdülər - ŞOK TƏFƏRRÜAT - FOTO

14 və 19 yaşlı qardaşlar fahişəlik edən gəlinlərini öldürdülər - ŞOK TƏFƏRRÜAT - FOTO
16:05 11 Aprel 2017
192 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Adana şəhərində Sənəm Barık və rəfiqəsi Zeliha Sevgilbaşın dünən gecə öldürülməsi ilə əlaqədar cinayət şübhəlisi və 5 qohumu saxlanılıb. Qonşular qızların qaldıqları evə 6 şəxsin hücum etdiyini deyiblər.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Adanada boş bir ərazidə cəsədləri tapılan 2 qadının qohumları tərəfindən evlərində boğazlarına bıçaq dirənərək, saçlarından sürünüb avtomobilə mindirildikdən sonra döyülərək silahla öldürüldükləri ortaya çıxıb.

Cinayətlə əlaqədar istintaqa başlayan polis hadisəni Sənəm Barıkın həbsxanadakı həyat yoldaşı Ərəb Barıkın əmisi oğlu Doğanın (19) törətdiyini ortaya çıxarıb. Polis araşdırma zamanı hadisədə adı hallanan Doğan Barık, atası Davud Barık, Doğan Barıkın 14 yaşlı qardaşı O.B., Sənəm Barıkın qayınatası Hikmət Barık (65), qardaşları Ayhan Barık və  Savaş Barıkı nəzarətə alıb.

Doğan Barıkın istintaqa açılamasında "Məhəllədə gəlinimiz Sənəm Barıkın fahişəlik etdiyi dedi-qodusu yayıldı. Buna görə də öldürdüm. Namusumu təmizlədim", - dediyi məlum olub.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR