Putindən tələb olunan QURBAN: Məğlubiyyət və alçalmanın BİR ADDIMLIĞINDA

Putindən tələb olunan QURBAN: Məğlubiyyət və alçalmanın BİR ADDIMLIĞINDA
16:08 11 Aprel 2017
98 Digər
Ölkə mətbuatı
A- A+

İtaliyada G7 (“Böyük yeddilik”) ölkələrinin xarici işlər nazirlərinin sammiti keçirilir. Sammitin əsas mövzusu Suriyanın İdlib vilayətində hökumət qüvvələri (Qərbin bu iddiası Dəməşq və Moskva tərəfindən qəbul edilmir - red.) tərəfindən həyata keçirilən hücumdur.

Rusiyanın Gazeta.ru saytı yazır ki, Moskvaya planlaşdırılmış səfərdən imtina edən Boris Conson “pis polis” rolunu oynayır və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini tələb edir. ABŞ-ın dövlət katibi Reks Tillerson, KİV-in xəbərlərinə görə, Əsədin “təslim edilməsi”nə əvəz olaraq Moskvaya əlverişli təklifi etməyi planlaşdırır.

“Qamçı və pryanik” metodu

Boris Conson sammitdə bildirib ki, G7 qrupu Suriya prezidenti Bəşər Əsədə dəstəyindən imtina etməyəcəyi halda, Rusiyaya qarşı sanksiyaların yeni paketinin tətbiqini müzakirə etmək niyyətindədir. Boris Conson deyir ki, sanksiyalar Rusiyanın yüksək rütbəli hərbçilərinə qarşı tətbiq edilməlidir. Brityaniyalı diplomat məhz onların Suriya güclərinə dəstəyə görə məsuliyyət daşıdığını bildirir. Ancaq Qərb sanksiyaların genişlənməsindən qaçmaq üçün Rusiyaya alternativ variantı təklif etməyə hazırdır. Britaniyanın “The Telergraph” nəşrinin informasiyasına əsasən, Qərb diplomatiyası Bəşər Əsədə dəstəkdən imtinaya əvəz olaraq Rusiyanı G7-yə qaytara bilər. Moskva bu təkliflə razılaşmasa, ona qarşı yeni sanksiyaların tətbiq ediləcəyi bildirilir.

Beləliklə, nəşrin mənbəyinin fikrincə, Moskvaya qarşı “qamçı və pryanik” metodunu tətbiq edəcəklər. Moskvaya bu təkliflə Reks Tillerson gələcək. O, G7-nin ikigünlük sammitindən dərhal sonra Kremlə yola düşəcək.

İtaliyanın Xarici İşlər Nazirliyinin başçısı Ancelino Alfano bazar ertəsi İrandan olan həmkarı Məhəmməd Cavad Zəriflə telefon söhbətində Tehranı regionda öz təsirindən istifadə etməyə çağırıb. Regionun digər aparıcı ölkələri - Türkiyə, Səudiyyə Ərəbistanı, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) bu gün G7 sammitində məsləhətləşmələr keçirmək niyyətindədir.

Bundan başqa, Britaniya baş naziri Tereza Mey və ABŞ prezidenti Donald Tramp arasında telefon söhbəti olub. “Baş nazir və prezident bu fikirdə birləşdilər ki, Əsədlə ittifaqın onun strateji maraqlarına daha cavab vermədiyinə dair Rusiyanı inandırmaq üçün unikal imkan var”, - Britaniya hökumətinin saytında xəbərdə deyilir.

“Rusiya buna getməyəcək”

Rusiya Federasiyası Milli Tədqiqat İnstitutu Ali İqtisad Məktəbinin Avropa və beynəlxalq tədqiqatları Mərkəzinin direktor müavini Dmitri Suslovun fikrincə, Rusiya G7-yə qayıtmasına əvəz olaraq öz müttəfiqi Bəşər Əsədə dəstəkdən imtina etməyəcək.

“Əslində, nə ABŞ, nə də başqa bir Qərb ölkəsi Rusiyanın G7-yə qayıdışına real baxmır. Və bu yalnız Yaxın Şərqdəki vəziyyətlə bağlı deyil. Ukrayna münaqişəsi ilə bağlı da ölkələrin mövqelərində ziddiyyətlər qalır”, - ekspert haqqında danışılan təklifi şərh edib.

Suslov həmçinin qeyd edib ki, Rusiyanın özü də G7-yə qayıdışda məna görmür.

“Rusiyada indi başqa istiqamətlər var. Moskva G20-dən başqa, BRİKS (Çin, Rusiya, Braziliya, Hindistan və Cənubi Afrika Respublikası –red.) və ŞƏT-ə (Şanxay Əməkdaşlıq Təşkilatı - red.) diqqət ayırır. Məhz bu baxımdan beynəlxalq kluba qayıdış gündəlikdə deyil. Bundan başqa, bu, heç vaxt bizim xarici siyasi maraqlarımıza uyğun deyil. Rusiya hazırda müstəqil dövlət kimi çıxış edir və öz güclərini mərkəzləşdirir. Xüsusi halda, Yaxın Şərqdə. O müstəqil siyasəti aparır”, - Dmitri Suslov hesab edir.

Məğlubiyyət və alçalma

Gazeta.ru-nun həmsöhbəti əmindir ki, Bəşər Əsədə dəstəyin dayandırılmasına nail olmaq üçün Rusiyaya psixoloji təzyiq göstərməyə cəhd edəcəklər:

“Tillerson Rusiyaya səfəri zamanı naməlum bonuslara əvəz olaraq Moskvadan Suriya siyasətini dəyişməyi istəyəcək. Cavab mənfi olarsa, yeni sanksiyaların tətbiqi haqqında söhbət gedəcək. Bu, faktiki olaraq, artıq qəbul edilmiş sanksiyaların qismən genişləndirilməsi olacaq. Amma yeni sanksiyalar keyfiyyətli olmayacaq. Sanksiyalar hər halda yalnız simvolik xarakter daşıyacaq. Daha çox ehtimal edilən odur ki, “qara siyahı”dakı insanların sayı artırılacaq və Rusiya banklarına sanksiyalar tətbiq ediləcək”.

Amma Suslov hesab edir ki, bu, artıq faktiki olaraq real müharibə elanı olacaq. Ekspert bunun Qərbin özünə də zərər verəcəyini düşünür.

Ekspertin fikrincə, Trampdan qərarlarda müəyyən sərtlik nümayiş etdirilməsini gözləyirlər: “Tramp artıq “A” dedi. Bu, Suriyada hücumdur. Prezident öz siyasətini davam etdirməlidir”.

Dmitri Suslov əmindir ki, Rusiya geri addım atmayacaq. O qeyd edir ki, Suriya siyasətinin dəyişdirilməsi məğlubiyyət və alçalma anlamına gələcək, həmçinin son 10 il ərzindəki xarici siyasətin bütün məntiqini siliəcək.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/194630.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR