Bulvardakı pulsuz "Wi-Fi”dan necə istifadə edək?

Dənizkənarı Milli Park ərazisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən həyata keçirilən əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai internet” şəbəkəsi istifadəyə verilib.

Metbuat.az məlumat verir ki, internetə qoşulmaq üçün qeydiyyatdan keçmək lazımdır.

Qeydiyyatdan keçmək üçün istifadəçilər mobil telefon, "notebook", planşet və s. portativ cihazlarda şəbəkə siyahısından "Baktelekom”-u seçməlidir. Bundan sonra “Interfeys” açılır, orada müvafiq telefon nömrəsi yazmaq tələb olunur. Yazılışı “+994” olmaqla mobil operatorun kodu və yaxud “0” olmadan operatorun kodu yazılır. Daha sonra mobil nömrəyə SMS-lə “4” rəqəmli şifrə gələcək və siz şifrəni bir dəqiqə ərzində həmin interfeysdə göstərilən yerə daxil etməlisiniz.

SMS-lə göndərilən şifrə ilə yalnız bir cihazın pulsuz internetə qoşulması təmin olunur.

İstifadəçi 1 saat pulsuz internetdən yararlanır. Bu müddət kifayət etmədikdə, istifadəçi gün ərzində daha iki dəfə pulsuz xidmətdən faydalana bilər.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR