ABŞ Tbilisidə hərbi baza tikəcək

ABŞ Tbilisidə hərbi baza tikəcək
16:47 11 Aprel 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın dəstəyi ilə Tbilisi yaxınlığında Gürcüstan Hərbi Qüvvələrinin hərbi hazırlığı mərkəzi inşa ediləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Levan İzoriya məlumat verib.

Gürcüstan Parlamentində Müdafiə və təhlükəsizlik komitəsinin dinləmələrində çıxışı zamanı o bildirib ki, bu mərkəz ABŞ-la birgə inşa ediləcək.

L.İzoriya əlavə edib ki, Gürcüstan tərəfindən bu tikintiyə 10 milyon lari (4 milyon dollar) ayrılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR