“Rusiya ikisi arasında seçim etməlidir? - ABŞ-dan ULTİMATUM

“Rusiya ikisi arasında seçim etməlidir? - ABŞ-dan ULTİMATUM
16:53 11 Aprel 2017
114 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın dövlət katibi Reks Tillerson Rusiyaya Suriya rejiminə göstərilən dəstəyə görə ultimatum verib.

Publika.az xəbər verir ki, bu haqda “Associated Press” agentliyi bildirir.

Dövlət katibinin sözlərinə görə, Rusiya iki cəbhə arasında seçim etməlidir:

“Bir tərəfdə ABŞ və digər sağlamdüşüncəli ölkələr, digər tərəfdə isə İran, “Hizbullah” qruplaşması və Bəşər Əsəd rejimi. Biz Suriya xalqının əziyyətini yüngülləşdirmək istəyirik. Rusiya bu gələcəyin hissəsi ola və mühüm rol oynaya, ya da bu qrupla öz ittifaqını saxlaya bilər. Bizim fikrimizcə, bu ittifaq uzunmüddətli perspektivdə Rusiyanın maraqlarına xidmət etməyəcək”.

Daha əvvəl ABŞ prezidenti Donald Trampla telefon söhbətinin gedişatında Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib ki, Rusiyanın Əsədlə münasibətlərini kəsməyə inandırmaq üçün imkanlar pəncərəsi mövcuddur.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR