"Azərişıq" elektrik şəbəkələrinin yenidən qurulmasına başlayıb

"Azərişıq" elektrik şəbəkələrinin yenidən qurulmasına başlayıb
16:59 11 Aprel 2017
85 Digər
Ölkə mətbuatı
A- A+

 

 

“Azərişıq” ASC-nin Sədri Baba Rzayevin sədrliyi ilə 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.

 

Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda qeyd edilib ki, son on ildə paylayıcı elektrik şəbəkələrində aparılan yenidənqurma və əsaslı təmir-tikinti işləri artıq öz bəhrəsini verməkdədir. Qış aylarının soyuq və sərt olmasına baxmayaraq istehlakçılar elektrik enerjisi ilə tam təmin olunublar.

 

Bildirilib ki, 2017-ci il “Azərişıq” ASC-də 0,4 kV-luq elektrik şəbəkələrinin yenidən qurulması ili elan edilib və artıq aprel ayından bu şəbəkələrin yenidən qurulması proqramının icrasına başlanılıb.

 

İclasda nəzərə çatdırılıb ki, 12-22 may tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsində önəmliliyini nəzərə alan “Azərişıq” ASC uzun müddətdir ki, yarışların keçiriləcəyi yerlərin, o cümlədən tədbirlə bağlı sosial infrastrukturların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün təşkilati və texniki tədbirlər həyata keçirir. İdman yarışlarının keçiriləcəyi arenaları qidalandıran yarımstansiya və transformator məntəqələrində quraşdırılan rele mühafizəsi avtomat qurğuların istismarı üzrə təlimatların bir daha təkmilləşdirilməsi üçün treninqlərə başlayıb. Bura təkcə idman arenalarını deyil, həmçinin Azərbaycana gələcək nümayəndə heyətlərinin, o cümlədən qonaqların məskunlaşacağı mehmanxanaları, parkları, ictimai iaşə, mədəniyyət, əyləncə və digər obyektləri qidalandıran yarımstansiya və transformator məntəqələri aiddir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271918

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR