"Böyük yeddilik" Bəşər Əsədlə bağlı qərar qəbul etdi

"Böyük yeddilik" Bəşər Əsədlə bağlı qərar qəbul etdi
17:05 11 Aprel 2017
107 Dünya
Ölkə mətbuatı
A- A+

"Böyük yeddilik" dövlətlərinin xarici işlər nazirlərinin sammiti baş tutub.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, ABŞ xarici işlər naziri Reks Tillerson "G7" zirvəsindən sonra açıqlama verib:

"Suriyada yeni kimyəvi hücuma icazə verməyəcəyik. Əsəd ailəsinin iqtidarı sona çatır. Suriya və İraqda birinci məsələmiz İŞİD-ə qarşı mübarizə aparmaqdır. Əsədin kimyəvi silahlarının İŞİD və ya digər qruplaşmaların əlinə keçməsinə icazə verməyəcəyik. Rusiyanın Bəşər Əsəd, İran və Hizbullahla qurduğu ittifaqlar Rusiyanın maraqlarına xidmət etmir. Rusiya Suriyanın kimyəvi silahsızlandırılmasındakı rolunun öhdəsindən gələ bilməyib".

Fransanın xarici işlər naziri Ayrault da "G7" ölkələrinin Suriyanın gələcəyində Əsədin rolunun olmayacağı mövzusunda razılaşdığını bildirib. Nazir həm də qeyd edib ki, Rusiya Suriya məsələsində ikiüzlü davranış sərgiləyir və rəsmi Moskva öhdəliklərini qəbul etməlidir.

Fransanın xarici işlər naziri Suriyada atəşkəsin beynəlxalq ictimaiyyət tərəfindən çox önəmli qəbul edildiyini bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR