Vladimir Solovyov: "Prezident İlham Əliyev əsl dövlət xadimidir"

Vladimir Solovyov: "Prezident İlham Əliyev əsl dövlət xadimidir"
17:12 11 Aprel 2017
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya dövlət televiziyasının aparıcısı Vladimir Solovyov "Vesti.FM" radiosunun efirində Bakıya səfərindən və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmasından danışıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, V.Solovyov bildirib ki, onun Azərbaycana səfərinin məqsədi Prezident İlham Əliyevlə görüş idi.

Rusiyalı jurnalist qeyd edib ki, Prezident İlham Əliyev parlaq təhsilli, ağıllı, həm də fərqli siyasətçidir, əsl dövlət xadimidir. "Prezidentlə görüş saat 10:00-da baş tutdu. O, artıq öz iş yerində idi. Məni təəccübləndirdi ki, Prezident İlham Əliyev şəkillərdə olduğundan daha cavan, hündür və xeyirxah görünür. Söhbət çox açıq keçdi və mən bu söhbətə görə Prezidentə minnətdarlığımı bildirmək istərdim. O, məndə çox xoş təəssürat yaratdı".

V.Solovyov vurğulayıb ki, Prezident İlham Əliyev çətin həyat yolu keçib: "O, ölkə qarşısında böyük məsuliyyət hiss edir. Biz keçmişi müzakirə etdik və mən məmnun oldum ki, bizim Rusiyanın müasir tarixində bəzi hadisələrə və siyasi xadimlərə qiymətimiz eyni oldu. Qeyd edim ki, mən Ermənistan hökuməti barədə bir dənə də alçaldıcı söz eştimədim. Hər kəsin öz sərt mövqeyi, qarşı tərəfdən kəskin fərqlənən mövqeyi var, amma onlar hörmət və layiqli davranış hədlərini keçmir".

V.Solovyovun sözlərinə görə, Prezident İlham Əliyev İslamın siyasiləşdirilməsinə sərt qiymət verir.

Eyni zamanda V.Solovyov bildirib ki, Azərbaycan Prezidenti üçün Qarabağın mənsubiyyəti məsələsi prinsipial şəkildə mövcud deyil, onun bu məsələdə digər mövqeyi ola bilməz: "Sonra biz işğal olunmuş bölgələrdən danışdıq. Mənim mövqeyim birmənalıdır: hərbi həll yolunun yolverilməzliyi. Prezident İlham Əliyev deyib ki, hərbi baxımdan Azərbaycan bu gün istənilən məsələləri həll edə bilər və Qarabağda baş verən hər şeyi görür".

Jurnalist bildirib ki, söhbət zamanı o, daha çox Prezident İlham Əliyevin sakit və müsbət əhvali-ruhiyyəsinə diqqət yetirib: "Rusiya ilə tərəfdaşlıq münasibətləri barədə danışanda mən dedim ki, Rusiya heç vaxt Azərbaycana xəyanət etməyəcək. O isə mənə etiraz edərək dedi: "Putin heç vaxt Azərbaycana xəyanət etməyəcək". Mən bu sözlərin qarşısında heç nə deyə bilmədim".

V.Solovyov deyib ki, ümumilikdə Prezident İlham Əliyevlə danışmaq çox maraqlı idi. O əlavə edib ki, Azərbaycan Prezidenti çox ailəcanlı, gözəl, ağıllı insandır və öz ölkəsi və atası qarşısında böyük məsuliyyət hiss edən dərin, savadlı dövlət xadimidir.

V.Solovyovun sözlərinə görə, o, Bakıya çoxdan hazırlaşırdı: "Bakıda yollar qüsursuzdur .Görünür ki, şəhərə böyük pullar qoyulub, şəhər çox baxımlıdır. Bakıda bir neçə əsl memarlıq əsərləri var. Xüsusilə Zaha Hadidin layihəsi ilə tikilmiş Heydər Əliyev Mərkəzi həqiqətən də gözəldir".

V.Solovyov qeyd edib ki, onunla hər kəs çox səmimi və xeyirxah idi.

Həbs olunmuş bloqer Aleksandr Lapşinin və Rusiya vətəndaşı Marat Ueldanovun məsələsinə toxunan jurnalist deyib: "Mənə məlumat verilib ki, bu insanlarla böyük hörmətlə rəftar edirlər, amma onlar Azərbaycanın qanunlarını pozublar və qanun qarşısında cavab verməlidirlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/534159.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR