"Yoldaşım nə istəsə, gecə 4-də olsa..." - "Toppuş bacı"

"Yoldaşım nə istəsə, gecə 4-də olsa..." - "Toppuş bacı"
17:27 11 Aprel 2017
345 Şou
Ölkə mətbuatı
A- A+

"Öz evimin içində olmağı sevirəm. İllərdir beləyəm: iş və ev. Hər kəsin evi özü üçün bağlı bir sandıqdır, onu açıb göstərmək lazım deyil".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri əməkdar artist Tünzalə Əliyeva "ATV kulis" verilişində deyib.

Aktrisa ailəsindən, həyat yoldaşı Röyaldan danışıb:

"Tamaşaçıya mənim uşağımı, həyat yoldaşımı, evimi göstərmək maraqlı deyil. Bu dəqiqə tamaşaçıya "Zadəgan Durnanın" ("Qardaşlar" serialındakı obrazı - red.) yeni sözü maraqlıdır. Heç kimə söz atan, söz götürən deyiləm. Bəzən üç çəkilişdən çıxmışam, axşam evə gəlib mətbəxə girmişəm. Yoldaşım deyib ki, piroq olsa yeyərdim. Girib hazırlamışam. Mətbəxə girəndə yorulmuram. Elə olub ki, gecə dördə kimi bişirməklə məşğul olmuşam. Çox xoşbəxtəm. Bir insanın xoşbəxt olması üçün nə lazımdırsa, hamısı varımdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/534128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR