“Foreign Affairs” jurnalında Azərbaycanla bağlı xüsusi buraxılış dərc olunub

15:47 7 Yanvar 2015
87 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 07 Yanvar 2015 15:43 ]


Bakı – APA. “Foreign Affairs” jurnalının yanvar-fevral sayında Azərbaycana həsr olunmuş “Azərbaycan 2020-ci ildə: Davamlılığa çevrilən güc” (Azerbaijan 2020: Turning Strength into Sustainability) adlı xüsusi buraxılış dərc olunub.



Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sözügedən buraxılışda Azərbaycanın siyasi-iqtisadi inkişafı, xarici siyasəti, enerji strategiyası, ölkəmizin təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı layihələr, nəqliyyat infrastrukturu, informasiya-kommunikasiya texnologiyaları və qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər, habelə turizm potensialı, ictimai xidmətlər sahəsində tətbiq olunan innovasiyalar və "ASAN-xidmət", eləcə də 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçiriləcək I Avropa oyunları haqqında ətraflı məlumat yer alıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR