Gürcüstanın qaza olan tələbatını Azərbaycan ödəyəcək

Gürcüstanın qaza olan tələbatını Azərbaycan ödəyəcək
17:39 11 Aprel 2017
122 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan "Qazprom"dan qaz alışını dayandıracaq. "APA-Economics" xəbər verir ki, bu barədə Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.


Onun sözlərinə görə, ilin sonunadək heç bir Rusiya şirkəti ilə qaz alqı-satqısına dair yeni müqavilə imzalanmaycaq.


Nazirliyin təqdim etdiyi rəqəmlərə əsasən, Gürcüstan cari ilin birinci rübündə Rusiyadan 100 mln. kubmetr qaz alıb ki, bunun da 70 mln. kubmetri fevral ayının payına düşür.

 

Aprel ayından etibarən Gürcüstan öz əhalisinin və müəssisələrinin qaza olan tələbatını tamamilə Azərbaycanın hesabına ödəyəcək. Burada təchizatçı qismində SOCAR və "Şahdəniz" konsorsiumu çıxış edəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271921

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR