Bakıda ilk

Bakıya yeddi nəfərlik yeni taksilərin gətirilməsi nəzərdə tutulur.

Hələ ki, belə taksilərdən neçə ədəd gətirilməsi və hansı rəngdə olması dəqiq müəyyənləşdirilməyib.

Məlumat verən mənbə bildirib ki, bu istiqamətdə işlər aparılır, tələbat öyrənilir, hansı rəngin şəhərə daha uyğun olması müəyyənləşdirilir.

Mənbə deyib: “İşlər başa çatdıqdan sonra belə taksilərdən neçə ədəd gətirilməsi və hansı rəngdə olması ilə bağlı qərar veriləcək. Yeddi nəfərlik taksilər həm rahatlığına, həm də imkanlarına görə digərlərindən fərqlənəcək”.

// Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR