Bakıda ilk - 7 nəfərlik YENİ TAKSİLƏR

Bakıda ilk - 7 nəfərlik YENİ TAKSİLƏR
17:52 11 Aprel 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıya yeddi nəfərlik yeni taksilərin gətirilməsi nəzərdə tutulur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hələ ki, belə taksilərdən neçə ədəd gətirilməsi və hansı rəngdə olması dəqiq müəyyənləşdirilməyib.

Məlumat verən mənbə bildirib ki, bu istiqamətdə işlər aparılır, tələbat öyrənilir, hansı rəngin şəhərə daha uyğun olması müəyyənləşdirilir.

Mənbə deyib: "İşlər başa çatdıqdan sonra belə taksilərdən neçə ədəd gətirilməsi və hansı rəngdə olması ilə bağlı qərar veriləcək. Yeddi nəfərlik taksilər həm rahatlığına, həm də imkanlarına görə digərlərindən fərqlənəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR