​“Western Union”, “Webmoney”, “UPT”

Bu yazımızda sizi dünyanın dörd bir tərəfinə onlayn pul köçürmələri edən xidmətlər barəsində məlumat verəcəyik.

“Western Union” - hazırda dünyanın 189 ölkəsində 150 min məntəqəsi fəaliyyət göstərir. Korporasiya tərəfindən tətbiq edilən ən yeni texnologiyalar isə cəmi bir neçə dəqiqəyə pulu istənilən məsafəyə köçürməyə imkan verir. Hər bir köçürmə pulun ancaq sizin göstərdiyiniz şəxsə ödəniləcəyinə zəmanət verən, etibarlı təhlükəsizlik sistemi ilə mühafizə olunur. Köçürmənin həyata keçirilməsi üçün sizə bank hesabı açmaq lazım gəlməyəcək. Vəsaitin köçürülməsindən 5-10 dəqiqə sonra göndərilən şəxsin onu almaq imkanı olacaq. Köçürmə etdiyiniz şəxs onu almaq üçün pul ödəməyəcək.

“Western Union” ilə neçə pul köçürmək olar?
Bunun üçün ilk növbədə bankın əməkdaşına şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz . Sonra standart “Pulun göndərilməsi üçün” blankını doldurmalısınız. Blankı doldurduqdan sonra Siz onu imzalamalı və şəxsiyyətinizi təsdiq edən sənədlə birlikdə bankın işçisinə təqdim etməlisiniz. Daha sonra siz alıcıya göndərilməsini planlaşdırdığınız məbləği kassaya verməli və köçürülmə üçün komissiya haqqı ödəməlisiniz (komissiya mövcud tariflərə müvafiq olaraq müəyyən edilir). Məlumatları yerləşdirdikdən sonra bank əməkdaşı xüsusi onrəqəmli nəzarət nömrəsini bildirəcək. Həmin nömrəni pulu göndərdiyiniz şəxsə bildirməlisiniz. Daha artıq təhlükəsizlik üçün pulu göndərərkən cavabı göstərilməklə, nəzarət sualı verə bilərsiniz. Nəzarət sualına düzgün cavab verildikdə, sizin göndərdiyiniz pullar göndərdiyiniz şəxsə veriləcək.

Pul almaq üçün Siz aşağıdakıları etməlisiniz:
Şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməli, standart “Pulun alınması üçün” blankı doldurmalı və öz şəxsi imzanızla təsdiqləməlisiniz

“UPT” - Bu xidmət vasitəsilə Türkiyənin istənilən nöqtəsinə və ən sərfəli tariflərlə birbaşa pul köçürmək mümkündür. UPT (Universal Payment Transfer) sistemi Türkiyədə 14.000-dən çox xidmət nöqtəsi ilə sürətli, ucuz, etibarlı və son dərəcə asan pul köçürmə əməliyyatlarını mümkün edib.
ÜSTÜNLÜKLƏRİ: Türkiyəyə köçürmələrdə UPT, Swift ödəmələrinə və digər beynəlxalq pul transferi şirkətlərinə görə çox daha ucuzdur. Alıcı komissiya ödəmir. Sürətlidir. Müştərinin sadə bir blank doldurması kafidir. Ekrana daxil etdiyiniz məlumatlardan sonra pul transferi 1 saniyə içərisində alıcıya çatdırılır. Bankın müştərisi olan və olmayan hamı UPT-dən istifadə edə bilər. Dolar və avro valyuta növündən ödəmə edilir.

“Webmoney” – Rusiyanın ən etibarlı pul kisəsidir. Dünyada 10 milyondan çox insan istifadə edir və bu sayt hər gün 5-10 min artır. Sistemin günlük dövriyyəsi 20-30 milyon dollara çatır. “Webmoney”-in ucuz olmasının səbəbi internetdə təhlükəsiz ödəmə imkanlarının genişliyidir. Bu xidmət vasitəsilə həm ödəmələr etmək, həm də satılan məhsula görə ödəmə qəbul edə bilərsiniz. Ən üstün cəhəti isə, valyuta seçimi zamanı yaradılan sərbəstlikdir.

“Webmoney” hesabı necə açılır?

Hesab aşmaq çox sadədir. Öncə Webmoney.ru saytına daxil olursunuz. Orada" Регистрация" bölümünə daxil olmaqla, qeydiyyatdan keçin. Bu zaman mobil telefon nömrəsini doğru qeyd etmək lazımdır. Çünki hesabın təsdiqlənməsi üçün mobil telefona avtomotik olaraq sms göndərilir. Qeydiyyat tamamlandıqdan sonra sizə hesab nömrələri veriləcək. Məsələn, ABŞ dollar hesabı üçün Z ilə başlayan hesab nömrəsi veriləcək.

“Webmoney”dən pulu necə götürmək olar?

“Webmoney”dən pul götürmənin, eləcə də pul yükləmənin çeşidli növləri var. Azərbaycanda “Webmoney” hesabına pulu ödəniş terminalları və bir sıra saytlar vasitəsilə həyata keçirmək olar. Eyni zamanda, Beynəlxalq Bankın filialları ilə hesabınıza pul yükləyə və nəğd şəkildə pulunuzu kartdan çəkə bilərsiniz.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR