"Elə gün olurdu ki, sarımsağı çörəyin arasına qoyub yeyirdim" - Dünya çempionumuz

"Elə gün olurdu ki, sarımsağı çörəyin arasına qoyub yeyirdim" -   Dünya çempionumuz
18:07 11 Aprel 2017
690 İdman
Ölkə mətbuatı
A- A+

"2001-ci ildə 5-ci sinfi bitirdim və həmin il seçim qarşısında qaldım - ya kənddə yaşayıb həyatımı orada davam etdirməliydim, ya da şəhərə gəlib özümə yeni yol seçməli idim. Və mən kənddə qalmadım. 10 yaşımda ailəmdən ayrı qalmaq çox çətin idi. Üstəlik, nə Azərbaycan, nə də rus dillərində bir kəlmə belə bilmirdim".

 

Bu sözləri dünya çempionumuz, avar əsilli azərbaycanlı yunan-roma güləşçisi Rəsul Çunayev söyləyib. İdmançımız çətinliklə keçən həyatından bəhs edib:

 

"Dayım mən Bakıya gələndə Dağıstanda yaşayan qohumlarımdan az-az pul yığıb mənə göndərirdi ki, Bakıda dolana bilim. Qohum-əqrəbadan yığıb hər ay mənə 100 dollar göndərirdi. Hamısı imkansız insanlardı, amma hamısı da oxumağım üçün mənə canla-başla kömək edirdilər. Mən başa düşürdüm ki, nə onun, nə də qohumlarımın maddi imkanı yoxdur. Onlar yoxluqda belə bir əl olub mənim təhsil almağım üçün kömək edirdilər. Elə gün olurdu ki, bir yumurta ilə günümü keçirirdim. Yaxud sarımsağın göyünü çörəyin arasına qoyub yeyirdim. Bir dayanacaqdan digərinə ayaqla gedirdim ki, pula qənaət edim. Mənim qələbələrimin, uğurlarımın arxasında çətinlik, zəhmət və əziyyət dayanır".(baku.ws)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotel-gun-olurdu-ki-sarmsa-coryin-arasna-qoyub-yeyirdimquot-t57518.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR