"Xalq işğal altındakı ərazilərimizin azad ediləcəyinə inanır"

"Xalq işğal altındakı ərazilərimizin azad ediləcəyinə inanır"
18:12 11 Aprel 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

"Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də Azərbaycanın gələcək inkişafı üçün daha vacib məsələlərə mövqe bildirib".

Milli.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Rövşən Rzayev deyib. Millət vəkilinin sözlərinə görə, dövlət başçısının qaldırdığı məsələlər ölkə iqtisadiyyatının daha uğurlu inkişafı ilə bağlıdır.

Eyni zamanda Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı iclasda səsləndirdiyi qətiyyətli fikirlərinə toxunan R.Rzayev bildirib ki, dövlət başçısının bu mövqeyi danışıqlar prosesində böyük rol oynayır: "Prezident bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli və qətiyyətli mövqeyini səsləndirdi. Bundan başqa Prezident İlham Əliyevin iclasda işğaldan azad olunan Cocuq Mərcanlı kəndinin bərpası haqqında dediyi fikirlər hər bir azərbaycanlı tərəfindən alqışla qarşılanır. Bu çox vacib bir addımdır, həm də işğaldan azad edilən ərazilərimizə qayıdışa startdır. Çox sevindirici haldır ki, Prezidentin Cocuq Mərcanlıda 50 evin tikintisi ilə bağlı tapşırığından sonra bu kəndə qayıtmaq üçün 400-dən artıq ailə müraciət edib. Bu o deməkdir ki, xalq işğal altındakı ərazilərimizin azad ediləcəyinə inanır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/534193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR