Azərbaycanın futbol klubu Türkiyəni təmsil edəcək

Azərbaycanın futbol klubu Türkiyəni təmsil edəcək
18:27 11 Aprel 2017
123 İdman
Ölkə mətbuatı
A- A+

Bakıdakı “Vətən” Futbol Məktəbinin 10 yaşadək futbolçulardan ibarət komandası Türkiyədə təşkil edilən turnirdə ən yüksək nəticəyə imza atıb.


Fanat.Az xəbər verir k, "Vətən" U-10 komandaları arasında ən yüksək kateqoriyalı yarış olan “10 Champions Trophy”nin qonşu ölkədə keçirilən seçmə mərhələsinin qalibi olub.


Türkiyənin 40 komandasının iştirak etdiyi turnirin 1/16, 1/8 və 1/4 final mərhələlərini uğurla adlayan “Vətən” yarımfinalda “Çanakkale Selection”a 8:1 hesabı ilə qalib gələrək, finala vəsiqə əldə edib.


Həlledici görüşdə “Beylikgücü”nə 7:0 hesabı ilə qalib gələn “Vətən” kubokun sahibi olub. 


Azərbaycan komandası bununla 16-18 iyun tarixlərində Avstriyada 1000 komandanın iştirakı ilə keçiriləcək böyük turnirdə Türkiyəni təmsil etmək hüququ qazanıb. Komandaya kuboku və Avstriyaya təyyarə biletini “Altınordu” klubunun prezidenti Seyit Mehmet Özkan təqdim edib. Turnirin ən yaxşı oyunçusu və bombardiri 25 qola imza atan “Vətən”in yetirməsi Hüseynli olub.


Qeyd edək ki, “Vətən”in Avstriyadakı turnir üçün bütün xərcləri seçmə mərhələnin təşkilatçısı “Altınordu” klubu tərəfindən ödəniləcək.


 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycann-futbol-klubu-turkiyni-tmsil-edck-t57519.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR