2 küçədə hərəkət qismən məhdudlaşdırılır - XƏRİTƏ

2 küçədə hərəkət qismən məhdudlaşdırılır - XƏRİTƏ
18:27 11 Aprel 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Aparılan təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Dövlət Elektirik Stansiyasına gedən yolun "Mir Mövsüm Ağa" ziyarətgahı ilə "Azal" Arenın yerləşdiyi hissəsində və "Azal" Arena istiqamətinə gedən Starçük küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik qismən məhdudlaşdırılacaq.
 
"Azəravtoyol"dan Milli.Az-a daxil olan məlumata görə, məhdudlaşdırma küçədə təmir işlərin aparıldığı hissələr üzrə 2 gün ərzində tətbiq ediləcək.

"Azəravtoyol" ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR