Sabirabadda FACİƏ: traktor aşdı, 23 yaşlı oğlan qoşqunun altında qaldı

Sabirabadda FACİƏ: traktor aşdı, 23 yaşlı oğlan qoşqunun altında qaldı
18:33 11 Aprel 2017
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabirabad rayonunda traktor aşıb, 23 yaşlı oğlan qoşqunun altda qalıb.

Publika.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayounu Şəhriyar kəndi ərazsisində baş verib.

Belə ki, həmin kəndin sakini 1994-cü il təvəllüdlü Elşad Tofiq olu Hacıyev hərəkətdə olan traktorun qoşqusunda olub. Traktor aşıb və o, qoşqunun altında qalıb.

Hadisə zamanı ağır bədən xəsaərtləri alan yaralı dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, qapalı kəllə-beyin travması alan E.Hacıyevə ilkin tibbi yardım göstərilib və Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/194664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR