ABŞ Rusiyanı seçim qarşısında qoydu: "Ya biz, ya da Əsəd"

ABŞ Rusiyanı seçim qarşısında qoydu: "Ya biz, ya da Əsəd"
18:47 11 Aprel 2017
123 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın dövlət katibi Reks Tillerson Moskvaya rəsmi səfər edib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, diplomat görüş əsnasında bəyan edib ki, Rusiya ABŞ və Qərb ölkələri arasında olan münasibəti ilə Bəşər Əsəd və İran arasında olan münasibət arasında seçim etməlidir.

Reks Tillerson deyib: "Biz Suriya xalqının iztirablarını yüngülləşdirmək istəyirik. Rusiya da bu gələcəyin bir parçası ola bilər və bu gələcəkdə mühüm rol oynaya bilər. Ya da Rusiya Əsəd və İranı dəsəkləməyə davam edə bilər. Düşünürük ki, bu uzunmüddətli perspektivdə Rusiyanın maraqlarına cavab vermir".

ABŞ rəsmisinin sözlərinə əsasən, rəsmi Vaşinqton Suriya münaqişəsinin nizamlanmasında vaxt göstərmir, sadəcə Qərb əmindir ki, Dəməşqdə hakimiyyət nəticə etibarilə dəyişəcək: "Bizim hamımıza aydındır ki, Əsəd ailəsinin hakimiyyəti başa çatmaq üzrədir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR