İmtahan nəticələri AÇIQLANDI

İmtahan nəticələri AÇIQLANDI
19:05 11 Aprel 2017
1110 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına aprelin 9-da keçirilən qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib.

Milli.Az xəbər verir ki, DİM-dən report-a bildirilib ki, bakalavrlar DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 13 081 bakalavrdan 109 nəfəri imtahana gəlməyib, ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 99 bal olub.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının II mərhələsi iyunun 4-də keçiriləcək və bakalavrların ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR