Millimiz Makedoniyaya uduzdu

Millimiz Makedoniyaya uduzdu
19:17 11 Aprel 2017
103 İdman
Ölkə mətbuatı
A- A+

Aprelin 6-dan Bakıda təlim-məşq toplanışı keçən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama görüşünə çıxıb. Fanat.Az xəbər verir ki, baş məşqçi Təbriz Həsənov yetirmələrini Makedoniya ilə qarşılaşmada sınayıb.

 

“Dalğa Arena”da baş tutan matçın ilk hissəsində qapılara qol vurulmayıb. Qonaqlar 75-ci dəqiqədə Boyan Kolevskinin vurduğu yeganə qol sayəsində meydandan 1:0 hesablı qalibiyyətlə ayrılıblar.

 

Qeyd edək ki, bu komandalar aprelin 13-də növbəti dəfə üz-üzə gələcəklər. Görüş saat 17:00-da start götürəcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimiz-makedoniyaya-uduzdu-t57521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR