Bakıda icra başçısının qaynı İNTİHAR ETDİ

Bakıda icra başçısının qaynı İNTİHAR ETDİ
19:22 11 Aprel 2017
144 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda intihar hadisəsi baş verib.

Milli.Az bildirir ki, Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Sulutəpə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 45 yaşlı Müşfiq Cənnət oğlu Əliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.
 
Məlumata görə, M. Əliyev təqaüddə olan polis işçisidir. O, əvvəllər Laçın rayon Polis Şöbəsində çalışıb.
 
Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. 
 
Onu da qeyd edək ki, M. Əliyev Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun qaynıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/534202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR