Ohanyanın arvadı Sarkisyandan qisas almaq istəyir

Ohanyanın arvadı Sarkisyandan qisas almaq istəyir
19:37 11 Aprel 2017
106 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda müxalif ORO İttifaqına rəhbərlik edən, keçmiş müdafiə naziri Seyran Ohanyanla bağlı vəziyyət olduqca gərgindir.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Ohanyanın seçkilərdəki məğlubiyyətini qəbul etmək istəməməsi, bununla yanaşı yaranmış vəziyyətdən çıxa bilməməsi onun həyat yoldaşını hövsələdən çıxarıb.

Yanlış hesablamalar və perspektivi olmayan siyasi proqramlar üzərində dayandıqlarını etiraf etsələr də, Ohanyanın həyat yoldaşı Ruzan Xaçatryan geri çəkilmək niyyətində deyil. Keçmiş nazir arvadı hakimiyyətdən ərinin qisasını almaq istəyir.

Xaçatryan ona qarşı mətbuatda başladılan kampaniyaya birbaşa Prezident Serj Sarkisyanın nəzarət etdiyini düşünür və bunu ictimaiyyətə bəyan etmək niyyətindədir. 

Sarkisyanın Ohanyandan sonra onun qadınını susdura bilib-bilməyəcəyi məsələsi maraq doğurur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR