İrəvan xarici işlər naziri Edvard Nalbandyanı hazırkı
müdafiə naziri Viqen Sarkisyanla əvəz etməyi planlaşdırır. Rusiya
prezidenti Vladimir Putin Suriyada yeni təxribatların hazırlandığı
barədə xəbərdarlıq edib. G7 (“Böyük yeddilik”) ölkələrinin xarici
işlər nazirlərinin görüşündə Rusiya və Suriya barəsində sanksiyalar
haqqında qərar qəbul edilməyib. Lakin G7-yə daxil olan bütün
ölkələr Suriya prezidenti Bəşər Əsədin ölkənin gələcəyinin bir
hissəsi olmasının mümkün olmadığı fikrində razılaşıblar. Türkiyə
Bəşər Əsəd rejiminin əlində hələ də kimyəvi silahların olduğunu
açıqlayıb. Koreya yarımadası ətrafında vəziyyət
gərginləşir.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan
2018-ci ildə postundan gedəcək. Onun yerinə isə hazırkı müdafiə
naziri Viqen Sarkisyan gələcək. Bu barədə “Jamanak”
qəzeti yazıb.
Qəzet mənbələrə istinadən qeyd edir ki, müdafiə naziri postunda
Viqen Sarkisyanı Ermənistanın polis rəisi Vladimir Qasparyan əvəz
edəcək. Bu, təsdiqlənməmiş məlumatlar olsa da, Erməniastanda,
xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən siyasi
prosesər fonunda diqqət çəkir.
Qarabağla bağlı Putinin 2018-ci il PLANI: Sarkisyanın dirənişi və varis oyunu
“Donald Tramp müharibəni rəsmi səviyyəyə çıxararaq,
Suriyada Obama tərəfindən başlanmış siyasəti davam
etdirir”. Bu barədə rusiyalı politoloq Qriqori Trofimçuk
deyib.
Onun sözlərinə görə, hazırda Vaşinqton Suriya üzərindən Rusiyaya
tələblərini diktə etməyə çalışır: “Suriyada təyyarə bazasının
vurulması Moskvanın reaksiyasının yoxlanılması testi idi”.
Q.Trofimçuk hesab edir ki, Amerika müxtəlif vasitələrlə regionda
öz təsirini genişləndirəcək.
“Vaşinqton Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da öz yanaşmasını
təqdim edəcək və bu yanaşma əvvəlkindən daha kəskin olacaq. ABŞ
Rusiyanı Qarabağ münaqişəsinin nizama salınmasından uzaqlaşdırmağa
çalışacaq. Xüsusilə Vaşinqton Suriya məsələsində öz mövqeyini irəli
çəkməyi bacaracaqsa, Qarabağ üzərində də Rusiyanın mövqelərinə
hücum edəcək. Ümumiyyətlə, Suriyada çox şey aşkar olacaq. Biz
Rusiyanın ya bütün istiqamətlər üzrə zəifləməsini, ya da
möhkəmlənməsini görəcəyik”, - deyə rusiyalı politoloq qeyd
edib.
Suriyadan sonra QARABAĞ... - Torpaqlarımızda Putin-Tramp MÜHARİBƏSİ QIZIŞIR
“Suriyada yeni təxribatlar hazırlanır. Hədəf Suriya
hakimiyyətini kimyəvi silahdan istifadədə ittiham
etməkdir”.
Rusiya prezidenti Vladimir Putin bunu italiyalı həmkarı Sergio
Mattarella ilə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında
bildirib.
“Bizdə müxtəlif mənbələrdən informasiya var ki, belə təxribatlar
hazırlanır. Suriyanın başqa regionlarında, həmçinin Dəməşqin cənub
şəhərətrafında hansısa bir maddəni atmağa və Suriyanın rəsmi
hakimiyyətini ittiham etməyə hazırlaşırlar”, - Putin deyib.
Kreml lideri hesab edir ki, ABŞ-ın Suriyaya raket zərbələri
ətrafında yaranan vəziyyət 2003-cü ildə İraqa hücumu
xatırladır:
“Bu, 2003-cü il hadisələrini xatırladır. ABŞ-ın BMT
Təhlükəsizlik Şurasındakı nümayəndələri İraqda guya kimyəvi silahın
tapıldığını göstərirdilər. Bundan sonra İraqda hərbi kampaniya
başlandı. Ölkənin dağıdılması terror təhlükəsinin artması və
İŞİD-in yaranması ilə nəticələndi”.
Rusiya prezidentinin fikrincə, Avropa ölkələri ABŞ-ın Suriyaya
zərbələrini dəstəkləyərək Donald Tramp administrasiyası ilə
münasibətləri qaydaya salmağa çalışır.
"Bəşər Əsəd rejiminin əlində hələ də kimyəvi
silahlar var". Bunu Türkiyənin xarici işlər naziri
Mövlud Çavuşoğlu deyib.
“Əlimizdəki dəlillər Suriya rəhbərliyinin hələ də kimyəvi silah
arsenalına sahib olduğunu göstərir. Əsədsiz Suriya üçün Rusiya razı
salınmalıdır”, - o, Suriya mövzusu üzrə G7 (“Böyük yeddilik”)
zirvəsindən sonra danışıb.
G7 (“Böyük yeddilik”) ölkələrinin xarici işlər
nazirlərinin görüşündə Rusiya və Suriya barəsində sanksiyalar
haqqında qərar qəbul edilməyib. Bu haqda
Fransanın xarici işlər naziri Jan-Mark Eyro bildirib.
Eyni zamanda nazir qeyd edib ki, G7-yə daxil olan bütün ölkələr
Suriya prezidenti Bəşər Əsədin ölkənin gələcəyinin bir hissəsi
olmasının mümkün olmadığı fikrində razılaşıblar. Öz növbəsində,
“Blomberg” agentliyi xəbər verib ki, Moskvaya qarşı sanksiyaların
genişləndirilməsi haqqında məsələ ümumiyyətlə müzakirə
edilməyib.
Daha əvvəl Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı
Boris Conson bildirib ki, G7-nin İtaliyada keçirilən sammitində
Rusiya barəsində sanksiyaların sərtləşdirilməsini tələb etmək
niyyətindədir.
“Əsəd ailəsinin iqtidarı sona
yaxınlaşır”. Bu barədə ABŞ Dövlət katibi Reks
Tillerson “G7” sammitindən sonra verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, ABŞ-ın Suriya və İraqda əsas hədəfi İŞİD-lə
mübarizədir.
“Əsədin kimyəvi silahlarının İŞİD və ya digərlərinin əlinə
keçməsinə icazə verməyəcəyik. Moskvanın Əsəd, İran və Hizbullahla
qurduğu ittifaq Rusiyanın maraqlarına xidmət etmir. Rusiya
Suriyanın kimyəvi silahlarının məhv edilməsi ilə bağlı verdiyi sözə
əməl etmədi”, - deyə o bildirib.
İtaliyada G7 (“Böyük yeddilik”) ölkələrinin xarici
işlər nazirlərinin sammitində iştirak edən ABŞ-ın dövlət katibi
Reks Tillerson 11-12 aprel tarixlərində Moskvada səfərdə
olacaq. Britaniyanın “The Telergraph” nəşrinin
informasiyasına əsasən, Qərb diplomatiyası Bəşər Əsədə dəstəkdən
imtinaya əvəz olaraq Rusiyanı G7-yə qaytara bilər. Tillersonun da
Moskvaya bu təkliflə getdiyi iddia olunur.
Putindən tələb olunan QURBAN: Məğlubiyyət və alçalmanın BİR ADDIMLIĞINDA
Bir neçə gün ərzində dünyada Rusiyanın ətrafında
vəziyyət 180 dərəcədə dəyişdi. Vəziyyəti dəyişdirən
hadisə isə aprelin 4-də Suriyanın İdlib vilayətində həyata
keçirilən kimyəvi silah hücumu oldu.
Gazeta.ru yazır ki, Rusiyaya növbəti “kürəyə bıçağı” Türkiyə
sancmağa hazırlaşır.
Pusqu və Moskvaya qarşı İTTİFAQ: İkinci “kürəyə zərbə”?
İŞİD terror qruplaşmasının başçıları Rusiyada terror
aktları hazırlayırlar. Bunu Rusiya Federal
Təhlükəsizlik Xidmətinin (FTX) direktoru, Milli terrorçuluğa qarşı
komitənin (NAK) sədri Aleksandr Bortnikov qurumun iclasında
deyib.
“Hazırda bu barədə xeyli operativ informasiya var. İŞİD
liderləri dünyanın müxtəlif regionlarında, həmçinin Rusiyada terror
hücumlarını həyata keçirməyə hazırlaşırlar”, - Bortnikov
bildirib.
Onun sözlərinə görə, Rusiya, Böyük Britaniya, İsveç və Misirdə
son həftələrdə törədilən terror aktları buna nümunədir.
Suriyada iki Rusiya hərbi qulluqçusu döyüşçülərin
hücumu nəticəsində həlak olub. Rusiya Müdafiə
Nazirliyi daha bir rus hərbçisinin ağır yaralandığını açıqlayıb.
Məlumata görə, hərbi qulluqçular Suriya qoşunlarının bölmələrindən
birində olarkən minaatandan atəşə məruz qalıb. Ölən hərbçilər
atıcılıq hazırlığı üzrə təlimatçılar idilər.
Koreya yarımadasına Amerika hərbi donanmasının zərbə
qrupunun göndərilməsi ABŞ-ın təcavüzkar niyyətlərini
göstərir. Bu haqda Koreya Xalq Demokratik
Respublikasının (KXDR) Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlik bildirir ki, Pxenyan Vaşinqtonun istənilən təxribatına
cavab verməyə hazırdır.
Şimali Koreya-ABŞ müharibəsi başlayır: DƏHŞƏT DOLU BƏYANAT
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/194669.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)