10000 manat ödəyib uşaq sahibi olanlar var - Azərbaycanda

10000 manat ödəyib uşaq sahibi olanlar var - Azərbaycanda
20:17 11 Aprel 2017
649 Ölkə
Ölkə mətbuatı
A- A+

Beynəlxalq tibbi statistik məlumatlara əsasən, dünyada süni mayalanma ilə övlad sahibi olan ailələrin sayı sürətlə artır.

Bu sırada Azərbaycan da var.

Süni mayalanma normal hamiləlik şansı olmayan qadınların övlad dünyaya gətirməsi üçün bir müalicə üsuludur. Süni mayalanma müalicəsində hormon dərmanları ilə qadının yumurta  hüceyrələri inkişaf etdirilir və anesteziya altında yumurta toplanma xidməti həyata keçirilir. Eyni gündə kişidən alınan spermoqramla laboratoriya şəraitində döllənərək yaradılan embrion qadının uşaqlığına transfer edilir. 

Milli.Az xəbər verir ki, süni mayalanma üzrə mütəxəssis Sevinc Sevdimalıyeva modern.az-a bildirib ki, Azərbaycanda süni mayalanma üçün müraciətlərin çoxalmasının müxtəlif səbəbləri ola bilər:

"Son dövrlər süni mayalanmaya müraciət edən insanların sayının artmasının bir  neçə səbəbi var. Ən başlıcası maariflənmədir. Əvvəllər xəstələrə yalnız uzunmüddətli müalicələr tətbiq olunurdu.  Müsbət nəticə əldə edilmədiyi halda, süni mayalanmaya üz tuturdular. Lakin indi insanlar məlumatlıdırlar və süni mayalanma haqqında kifayət qədər bilgiyə malikdirlər. Artıq Azərbaycanda da on ildən çoxdur ki, süni mayalanma tətbiq olunur və nəticələr də göz qabağındadır. 

Digər səbəblərdən biri qadın və kişi sonsuzluğudur. Qadınlarda yaş faktoru, keçirilən  infeksiyalar, reproduktiv problemlər süni mayalanmanı gündəmə gətirib. İndiki dövrdə kişilərdə də sonsuzluq probleminə rast gəlmək mümkündür.  Buna səbəb isə, qidalanma faktoru, zərərli vərdişlər ola bilər. 
Süni mayalanmaya görə müraciət edənlərin sayının artma səbəblərindən biri də ölkəmizdə bu sahə üzrə kifayət qədər mütəxəssislərin mövcud olmasıdır. Əvvəllər insanlar xarici ölkələrə üz tutsa da, indi belə deyil".

Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda süni mayalanma qiyməti 4000 manatdan başlayaraq 10000 manat arasında dəyişir. Klinikalardan verilən məlumata görə, imkanlı ailələr sonsuzluqla üzləşdikdə əksər hallarda süni mayalanmaya müraciət edir və istəklərinə nail olurlar. Lakin aztəminatlı ailələr çox vaxt buna nail ola bilmirlər. 

Qeyd edək ki, süni mayalanma prosesi ilk dəfə 1978-ci ildə Böyük Britaniyada baş tutub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/534115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR