Ərdoğan: “Bunun üçün də referenduma gedəcəyik” - VİDEO

Ərdoğan: “Bunun üçün də referenduma gedəcəyik” - VİDEO
20:43 11 Aprel 2017
102 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfada keçirilən mitinqdə ölüm cəzasının bərpası ilə bağlı çağırışlara cavab verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident bu məsələ üçün referendum keçirilə biləcəyini deyib.

“Aprelin 16-dan sonra (bu tarixdə Konstitusiyaya dəyişikliklər üzrə referendum keçiriləcək - red.) parlamentə ölüm cəzasının bərpası ilə əlaqədar qərar layihəsi gələcək. Hörmətli Baxçalı da (Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı - red.), hörmətli Yıldırım da(baş nazir, Ədalət və İnkişaf Partiyasının sədri Binəli Yıldırım - red.) bunu dəstəkləyir. Səhv eşitmədimsə, Kılıçdaroğlu da (Cümhuriyyət Xalq Partiyasının sədri - red.) dəstəkləyəcəyini bildirib. Hər halda dəstəkləyır, elə deyilmi? Dəstəkləməzsə, bunun üçün referenduma gedərik. Demokratiyada bu işin sahibi millətdir”, - Türkiyə prezidenti bildirib.

Qeyd edək ki, Türkiyədə ölüm cəzasının bərpası 2016-cı il iyulun 15-də edilən dövlət çevrilişinə cəhddən sonra gündəmə gəlib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194676.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR