60 yaşlı qadın özünü ASDI

60 yaşlı qadın özünü ASDI
20:52 11 Aprel 2017
61 Digər
Ölkə mətbuatı
A- A+

İsmayıllı rayonunda intihar hadisəsi olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 18:00 radələrində İsmayıllı şəhərinin ərazisində salınan "Qarabağ" məcburi köçkün qəsəbəsində baş verib.
 
Qəsəbə sakini, 1957-ci il təvəllüdlü Vəliyeva Sənubər Mustafa qızı yaşadığı evin həyətindəki hamamda özünü kəndirlə asaraq intihar edib. Qadının özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. 
 
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/534204.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR