"Edam hökmü ilə bağlı referendum keçirərik" - Ərdoğan

"Edam hökmü ilə bağlı referendum keçirərik" - Ərdoğan
20:57 11 Aprel 2017
102 Dünya
Ölkə mətbuatı
A- A+

"Aprelin 16-dan sonra parlamentdə edam hökmünün bərpası ilə bağlı qərar qəbul olunar".

Milli.Az report.az-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanlıurfada Konstitusiya dəyişikliyi ilə bağlı keçirilən mitinqdəki çıxışında bildirib.

"Dövlət Bahçeli edam hökmünü bərpasına dəstəkləyir. Səhv etmirəmsə, Kılıçdaroğlu da  dəstəkləyəcəyini deyib. Hər halda dəstəkləməzsə, bir referendum da edam hökmü ilə bağlı keçirərik.

Demokratiyada bu məsələnin sahibi millətdir, millət. Ona görə də Corc, Hans, Elqa nə deyir, desin, mənim üçün heç bir əhəmiyyəti yoxdur. Əhməd, Məhəmməd, Həsən, Ayşə, Fatmanın nə deyəcəyi önəmlidir" - Türkiyə prezidenti vurğulayıb.

Qeyd edək ki, Türkiyədə 33 ildir edam hökmü icra olunmur. 2002-ci ildən ölkədə edam hökmü ləğv edilib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534203.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR