Göz travmaları və müayinələri

Göz travmaları və müayinələri
21:17 11 Aprel 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Görmə orqanının travmaları təcili müdaxilə tələb edən haldır. Görmə orqanının travmaları məişət və istehsalat qəzaları, silah yaralanmaları, avtoqəza və digər hallarda rast gəlinir. Görmə orqanının travmalarına gözün kimyəvi, termiki və şüa zədələnmələri, yardımçı aparatının travmaları, qapalı və açıq göz travmaları aiddir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzindən verilən məlumata görə, göz travmaları zamanı zədədən asılı olaraq biomikroskopiya, kompüter tomoqrafiya, maqnit rezonans tomoqrafiya, rentgen və ultrasəs müayinəsi aparılmalıdır.

Gözün kimyəvi yanıqları zamanı isə mümkün qədər tez zamanda göz fizioloji məhlulla, yaxud təmiz su ilə yuyulmalıdır. Sonra lakmus kağızı ilə konyunktiva kisəsində pH-ın neytrallaşması yoxlanılmalı və yuyulma pH neytrallaşana qədər aparılmalıdır. Termiki yanıqlar zamanı ilk yardım kimi toxumaların soyuması üçün yuyulması - su və ya fizioloji məhlulla irriqasiyası məsləhət görülür.

Gözün açıq yaralanmaları görmənin itirilməsi və daha ağır fəsadlara yol aça bilər. Bu səbəbdən belə hallarda ilk 24 saat ərzində göz həkiminə müraciət etmək sonrakı ağır nəticələrin qarşısının alınması üçün çox önəmlidir.

Göz almasının zədələnmələri zamanı hər bir halda xəstə təcili olaraq oftalmoloqa müraciət etməli və xəstəyə ilkin tibbi yardım göstərilməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/533470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR