TÜRKSOY-un baş katibinə Bakıda qızıl medal verildi

TÜRKSOY-un baş katibinə Bakıda qızıl medal verildi
21:44 11 Aprel 2017
76 Digər
Ölkə mətbuatı
A- A+

TÜRKSOY-un baş katibi Düsen Kaseinovun türk dünyası qarşısında xidmətlərinə görə qızıl medalla təltif edilib.  APA-nın məlumatına, Qazaxıstanın Azərbaycandakı səfirliyində keçirilən  təltif edilmə mərasimində Kızılordinsk vilayətinin rəsmiləri, “Qazaxıstan dostları” qrupunun üzvləri iştirak edib.

 

Düsen Kaseinovun türk dili, mədəniyyəti, tarixinin inkişafında böyük rol oynadığını deyən Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevin sözlərinə görə, onun ən yadda qalan layihələrdən biri Koroğlu tamaşasının türkdilli dövlətlərdə yerli sənətçilər tərəfindən öz dillərində səhnələşdirilməsi olub. Bundan əlavə Düsen Kaseinovun Türkvizion mahnı müsabiqəsi və türk dünyasının mədəni paytaxtları layihələrin həyata keçməsində böyük rol oynadığı bildirilib.

 

Qazaxıstanlı diplomat Nursultan Nazarbayevin Azərbaycana səfəri zamanı hər iki ölkədə mütəmadi şəkildə mədəniyyət tədbirlərin keçirilməsinin razılaşdırıldığını nəzərə çatdırıb.

 

Onun qənaətinə görə, yaxın 3-4 gün ərzində Kızılordinsk vilayətinin mədəniyyət günlərinə həsr olunmuş tədbirlərin Azərbaycanda keçirilməsi Qazaxıstan mədəniyyəti və dilini azərbaycanlılara daha da yaxın edəcək.
 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271936

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR