“Bilir ki, Ukraynaya hücum etsə...” - Putinə Ukrayna XƏBƏRDARLIĞI

“Bilir ki, Ukraynaya hücum etsə...” - Putinə Ukrayna XƏBƏRDARLIĞI
21:48 11 Aprel 2017
148 Dünya
Ölkə mətbuatı
A- A+

“ABŞ-ın Suriyaya raket zərbələri Rusiya prezidenti Vladimir Putinə Ukrayna barəsində ciddi xəbərdarlıq oldu”.

Publika.az xəbər verir ki, bunu Rusiya tarixçisi Andrey Zubov Liqa.net saytına müsahibəsində deyib.

“Bu çox ciddi məsələdir və Ukraynaya görə Putin üçün çox əhəmiyyətli mesajdır. Əmin olmaq əhəmiyyətli idi ki, Tramp beynəlxalq hüququn pozulmasına və suriyalılara qarşı kimyəvi silahın tətbiqinə həssasdır. O, Ukrayna barəsində beynəlxalq hüququn pozulmasına qarşı da həssas olacaq. Allah eləməsin ki, Putin Donbasa yeni hücuma başlamağa cəhd etsin. İndi o bilir ki, hansısa cavab ola bilər”, - Rusiya tarixçisi bildirib.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR